Təməli 2016-cı ildə qoyulan Proserv & Co., illərin təcrübəsi və innovativ yanaşması ilə zamanın sınağına davamlı, dayanıqlı məkanların memarı və icraçısıdır.
Memarlıq, tikinti və təmir sahəsində peşəkar komandamız fərdi yaşayış binalarından qeyri-yaşayış obyektlərinə qədər hər bir layihədə texniki dəqiqlik və funksional yanaşma tətbiq edir. Məqsədimiz tərəfdaşlarımızın gözləntilərini tam mənası ilə doğruldan, büdcə və zaman çərçivəsində reallaşan davamlı tərəfdaşlıq qurmaqdır.
Missiyamız yaratdığımız hər bir mühitdə nəsillərin illərlə güvən və rahatlıq içində çalışması, yaşaması və gələcək qurmasıdır.
Bizim üçün ən böyük dəyər – yaratdığımız məkanların illər sonra belə insanların yaşayışına, işinə və ailə bağlarına xidmət etdiyini görməkdir.